Almaniyanın xarici işlər naziri Qabriel Siqmar, ABŞ prezidenti Donald Trampın siyasətini sərt sözlərlə tənqid edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri miqrant probleminin müzakirə edildiyi iclasda çıxış edib. Nazir ABŞ-ın Qərb siyasətindəki əhəmiyyətli güc olaraq iflas etdiyini və Ağ Evin mümkün addımlarının qarşı çıxmağın vacibliyini vurğulayıb. Siqmarın sözlərinə görə, Vaşintonun hal-hazırkı təcrid siyasəti dünyadakı ümumi vəziyyətə mənfi təsir göstərir.
O qeyd edib ki, Trampın hakimiyyətə gəlməsi ilə beynəlxalq arenada güc balansı dəyişib, – “Qərb bir az kiçilib”.