Almaniya XİN başçısı İsraildə sığınacaqdadır

Almaniyanın xarici işlər naziri Annalena Berbok HƏMAS-ın İsrailə raket hücumları səbəbindən bomba sığınacağına sığınmaq məcburiyyətində qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.

Məlumata görə, HƏMAS yenidən Təl-Əvivi atəşə tutub. “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi işə düşüb. Hazırda həmrəylik göstəricisi olaraq İsraildə səfərdə olan Almaniya XİN başçısı və onun nümayəndə heyəti sığınacağa getməli olub.