Almaniya Rusiyanı ATƏT-ə kiberhücum təşkil etməkdə şübhəli bilib

hans_masenAvropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) kiberhücum Rusiya tərəfindən edilə bilər.

“Report” “Frankfurter Allgemeine Zeitung” qəzetinə istinadən xəbər verir ki, bu barədə Almaniya Konstitusiyasının Mühafizəsi Federal Xidmətinin prezidenti Hans-Georq Maasen bildirib.

H.-G.Maasen hücum zamanı hakerlər qrupunun sistemi qırmaq üçün tətbiq etdiyi “APT28″ə bənzər infrastrukturdan istifadə edildiyini vurğulayıb. O, həmçinin “APT28″dən istifadə olunmaqla Bundestaqa qarşı hücumlar törədildiyini xatırladıb.

Xatırladaq ki, dekabrın sonunda ATƏT-in 2016-cı ilin payızında haker hücumuna məruz qaldığı məlum olub, lakin bunun arxasında kimin dayandığı barədə rəsmi məlumat verilməyib.

Yeniçağ.Az

COP29