Almaniya PYD və YPG-nin PKK terror təşkilatının qolları olduğunu qəbul edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın daxili kəşfiyyat orqanı olan Konstitusiya Mühafizə Təşkilatı YPG-ni PKK-nın tərkibində olan quruluş kimi tanıyıb.
Təşkilatın hazırladığı hesabatda PKK-nın ölkənin xarici maraqlarına təhlükə yaratdığı və YPG/PYD-nin terror qruplaşması olduğu qeyd olunub. Bildirilib ki, Almaniyada sözügedən terror təşkilatının 14 min 500 nəfər tərəfdarı var ki, onların 700-ə qədəri təkcə Şlesviq-Holşteyndə qərarlaşıb.
Hesabatda həmçinin, bu təşkilatın ölkənin müxtəlif yerlərində terror təbliğatı apardığı vurğulanıb.