Almaniyada 250 aviareys ləğv edilib.
Yenicag.az-ın xarici mətuata istinadən məlumatına görə, “Ryanair” aşağı büdcəli aviaşirkətin pilotları iş şərtlərinin yaxşılaşdırılması tələbi ilə tətilə başlayıb.
Qeyd edək ki, Belçikada da “Ryanair” əməkdaşları avqustun 10-a tətil elan edib. Bu ölkədə 100-dən çox reysin ləğv olunacağı bildirilib.