!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada dağ yəhudilərinin Azərbaycana məhəbbətini tərənnüm edən filmin təqdimatı keçirildi

!Reklam – Yazi

Almaniyanın Münhen şəhərində Yəhudi Mədəniyyət Mərkəzində azərbaycanlı rejissorlar Rüfət Əsədovun və Vüsal Nazımoğlunun“Peyğəmbər Yereminin göz yaşları” filminin təqdimatı keçirilib.

Təqdimat mərasimi Almaniyadakı Azərbaycan diasporunun fəallarından biri, əslən bakılı olan dağ yəhudisi Emin Salimov tərəfindən təşkil olunub.

Film əslən Azərbaycandan olan, dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin Azərbaycana məhəbbətindən bəhs edir.

Filmin təqdimatında Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndəsi Ülvi Nağıyev, Almaniya Yəhudi İcmasının fəallarından Emin Salimov, German Cantaliyev, Münhen və Yuxarı Bavariya İsrail Mədəniyyət Mərkəzinin prezidenti Şarlotta Knoblox, Yəhudi Nədəniyyəti və Ənənələrinə Dəstək təşkilatının sədri Andrey Horovic, Beynəlxalq Azərbaycan-İsrail Assosasiyasının nümayəndələri Yeganə Salman, Şhaul Siman-Tov, Mixail Salman, Şmuel Simantov, , “Münhen qafqaz yəhudiləri İctimai Birliyinin” rəhbəri Firuzə Yushvayeva, Avropada yaşayan yəhudi və azərbaycan təşkilatlarının nümayəndələri iştirak ediblər.

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv