Almaniyanın paytaxtı Berlin ətrafında baş verən meşə yanğınları səbəbindən 700-ə yaxın insan təxliyə edilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Berlin Spektator” məlumat yayıb.
Meşə yanğınları 100 hektar ərazini əhatə edir.
Məlumata görə, güclü külək yanğının lokallaşdırmasını çətinləşdirir.