!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada fövqəladə vəziyyət elan edildi - SƏBƏB

!Reklam – Yazi

Almaniyanın Anhalt-Bitterfeld (Saksoniya-Anhalt) bölgəsinin kompüter şəbəkəsi haker hücumundan sonra iflic olub. Bölgədə təcili rejim elan edilib.

Yenicag.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti xəbər verib.

Serverlərin sıradan çıxmaları səbəbindən dairə rəhbərliyi müvəqqəti olaraq sosial müavinətləri ödəyə bilmir. Federal informasiya təhlükəsizliyi idarəsinin (BSI) rəsmiləri istintaqa cəlb edilib.

“İşimiz demək olar ki, tamamilə iflic oldu. Gələn həftə də belə olacaq” – 157 min sakinin yaşadığı dairənin hakimiyyət nümayəndəsi bildirib. Hazırda mütəxəssislər virusu şəbəkələrdən kənarlaşdırmağa, məlumatların blokdan çıxarmağa və kompüter sistemlərinin işini bərpa etməyə çalışırlar.

www.yenicag.az

378
Ads
www.veteninfo.com
!Reklam – Arxiv