Almaniyada dövlət çevrilişinə hazırlıqla bağlı genişmiqyaslı əməliyyat keçirilir.
Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, Almaniya polisi dövlət çevrilişinə hazırlıqla bağlı 8 federal ştatda genişmiqyaslı əməliyyat keçirir. Məlumata görə, ən azı 20 nəfər saxlanılıb.
Axtarışlar ifrat sağçı qrupun sui-qəsdi ilə bağlı aparılan istintaqın bir hissəsidir.
Onlar sosial şəbəkələr vasitəsilə sui-qəsd nəzəriyyələrini yaymaqda və dövlətin sabitliyini pozmaqda günahlandırılır.
Xuraman Etibarlı