Almaniyanın Erkelents-Kükhoven aerodromu yaxınlığında iki yüngülmühərrikli təyyarə toqquşub.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində təyyarələrdən biri tamamilə yanıb və onun pilotu ölüb.
70 yaşlı pilotun idarəetməsində olan təyyarə uçuşu davam etdirib, ikinci təyyarə isə eniş edib. Elə bu səbəbdən birinci təyyarə yanıb. Pilotu hadisə yerində ölüb.
İkinci pilot xəstəxanaya çatdırılıb.
Hazırda araşdırma aparılır, qəzanın səbəbi məlum deyil.