Fransada mümkün terror hücumunun qarşısının alınması ilə bağlı əməliyyatlar çərçivəsində Almaniyada iranlı diplomat saxlanılıb.
Yenicag.az xəbər verir ki, həmin diplomat İranın Avstriyadakı səfirliyinin əməkdaşıdır. Əməliyyat Fransa və Almaniya polisi tərəfindən birgə keçirilib.
Qeyd edək ki, daha əvvəl Fransa ərazisində keçirilən konfrans zamanı terror törətməyə cəhddə şübhəli bilinən 2 İran əsilli şəxs saxlanılıb. Məlumata görə, Belçika vətəndaşlığına malik İran əsilli 1980-ci il təvəllüdlü Əmir S. və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nasime N.saxlanılıb. Onların terror törətməyi planlaşdırdığı konfransda təxminən 25 min adam iştirak edirmiş.