Almaniyanın paytaxtı Berlində də kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən aprel ayının əvvəlinədək 1000 nəfərdən çox şəxsin bir yerə toplanmasına icazə verilmir.
Qeyd edilib ki, bu qərar virusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Qeyd edək ki, Almaniyada 1 622 nəfər koronavirusa yoluxub, 3 nəfər isə ölüb.