!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada kütləvi istefa dalğası – Seçkilərin nəticəsi böhran yaratdı

!Reklam – Yazi

Almaniyada Yaşıllar Partiyası rəhbərliyi son seçki uğursuzluğundan sonra kütləvi istefa qərarı verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Yaşıllar Partiyasının həmsədrləri Omid Nuripur və Rikarda Lanq Berlində istefa qərarı ilə bağlı mətbuat konfransı keçiriblər. Rikarda Lanq Yaşıllar Partiyasının böhran içində olduğuna diqqət çəkib.

Lanq partiya rəhbərliyinin kollektiv şəkildə istefaya qərar verdiyini və noyabrda Visbadendə keçiriləcək partiya qurultayında vəzifələrini təhvil verəcəklərini bildirib.

Partiyanın digər həmsədri, İran əsilli Nuripur da bildirib ki, rəhbərlik olaraq bir neçə gündür, partiyada dəyişikliyə ehtiyac olub-olmaması ilə bağlı intensiv müzakirələr aparırlar.

Ölkənin şərq əyalətlərindəki Brandenburqda seçkinin nəticəsinin partiyanın dərin böhran içində olduğunu göstərdiyini bildirən Nuripur bu böhranı aradan qaldırmağın mümkün olduğunu bildirib. Nuripur qeyd edib ki, Visbadendə keçiriləcək baş assambleyada yeni rəhbərlik seçiləcək.

Noyabrın 15-17-də Visbadendə Yaşıllar Partiyasının ümumi yığıncağı keçiriləcək.

Almaniyanın şərqində yerləşən Türingiya, Saksoniya və Brandenburqda bu ay keçirilən əyalət şurası seçkilərində Yaşıllar Partiyası səslərini itirib. Türingiya və Brandenburqda 5 faizlik baryeri keçə bilməyən və əyalət parlamentlərinə daxil ola bilməyən Yaşıllar Partiyası 5,1 faiz səslə Saksoniya əyalət parlamentinə az fərqlə daxil olub.

Yaşıllar Partiyası baş nazir Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası (SPD) və Azad Demokrat Partiyası (FDP) ilə federal səviyyədə koalisiya hökumətindədir.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv