Almaniya kansleri O.Şolts tikinti və mənzil sektorunun sabitləşdirilməsinə yönələn 14 bənddən ibarət tədbirlər paketini təqdim edib.
Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, Almaniya kansleri çıxışında, hökumətin bina izolyasiya standartlarını daha sərt etmək planlarını “qeyri-müəyyən müddətə” dayandırdığını bildirib.
Almaniyada tikinti sektorunda yaşanan böhran və vətəndaşların mənzil problemləri ilə üzləşən hökumət 2025-ci il üçün planlaşdırılan yeni bina səmərəliliyi proqramının sərtləşdirilməsini dayandırmaq qərarına gəlib.
Kansler Olaf Şolts mənzil-tikinti sektorunun sabitləşdirilməsinə yönələn “Güzəştli Mənzil Alyansı Günü” münasibəti ilə 30-dan çox assosiasiya, ştat və bələdiyyə nümayəndələrini qəbul etməzdən öncə 14 bəndlik tədbirlər paketini təqdim etmək üçün mətbuat konfransı keçirib.
Şolts, hökumətin çətin vəziyyətdə olan tikinti sənayesini dəstəkləmək üçün bina izolyasiya standartlarını sərtləşdirmə planının “qeyri-müəyyən müddətə” dayandırıldığını ifadə edərək, daha sərfəli mənzilə ehtiyac duyulduğunu qeyd edib. Həmçinin hazırda yeni standartların tez bir zamanda tətbiq ediləcəyini, mənzil-tikinti fəaliyyətini genişləndirildiyini diqqətə çatdırıb.