!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada nazirlər bir-birilərindən belə "qorunurlar" - VİDEO

!Reklam – Yazi

Almaniyanın federal kansleri Angela Merkel ve daxili işlər naziri arasında maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, Almaniyanın hökumət iqamətgahında təşkil edilən interqasiya sammitində daxili işlər naziri Horst Seehofer əlini ona uzadan Merkellə salamlaşmaqdan imtina edib.

Heç kimlə salamlaşmadan salona girən Merkel yanında oturacağı daxili işlər naziri Horst Seehoferə salamlaşmaq üçün əlini uzadıb və heç gözləmədiyi reaksiya ilə üzləşib.

Seehofer Merkelə, – “yox, yox”, – deyərək Merkelin əlini sıxmayıb. Merkel də əlini sinəsinə apararaq nazirlə salamlaşıb və “həqiqətən də, anlayıram”, – deyə cavab verib.

Qeyd edək ki, daxili işlər naziri Horst Seehofer keçən həftədən etibarən koronavirusa görə heç kimlə əllə salamlaşmayacağını bildirmişdi.

www.yenicag.az

1994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv