Almaniyada “Öcalan” skandalı – VİDEO

Almaniyanın Ştutqart şəhərində reklam bannerinin üzərində terror təşkilatının lideri Abdullah Öcalanın şəkli təsvir olunub.

Yenicag.az “Haber 7″yə istinadən xəbər verir ki, fürsət düşdükcə PKK və FETÖ terror təşkilatlarına yardım edən Almaniyada daha bir skandala imza atılıb. Abdullah Öcalanın şəklinin olduğu reklam banneri ilə qara piyar aparılıb. Reklamda “Öcalana azadlıq” sözləri qeyd olunub.

Alman jurnalist Martin Lejeunenin Twitter hesabından paylaşdığı video qısa müddətdə sosial mediada geniş izləyici kütləsinə çatıb. Görüntüləri izləyən istifadəçilər bu hadisəyə sərt reaksiya veriblər.

Qeyd edək ki, hadisə ilə əlaqədar cinayət işi açılıb. Faktla bağlı araşdırma davam etdirilir.