Berlində vəfat edən Rusiya diplomatının Federal Təhlükəsizlik Xidməti (FTX) generalının oğlu olduğu aşkar edilib.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, Almaniyada dünyasını dəyişən diplomat Kiril Jalo FTX-nın Konstitusiya Quruluşunun Müdafiəsi İdarəsinin rəisi, general-leytenant Aleksey Jalonun oğludur.
İlkin ehtimala əsasən, Kiril Jalo Rusiyanın Almaniyadakı səfirliyinin yuxarı mərtəbəsindən yıxılaraq ölüb. Onun səfirlikdə 2019-cu ilin yayından 2-ci katib vəzifəsində işlədiyi bildirilir.
Bununla belə, Jalonun xüsusi xidmət orqanlarının əməkdaşı olduğuna dair şübhələr yaranıb və onun adı noyabrın 1-dən 4-nə qədər Almaniya Xarici İşlər Nazirliyinin diplomatik siyahısından çıxarılıb.