Almaniyada ölüm hökmü ləğv edildi

Almaniyanın Hessen federal torpağı Konstitusiyadan ölüm hökmü cəzasını çıxaran qanun qəbul edib.

Yenicag.az xəbər verir ki, ölüm cəzası bütün Almaniya ərazisində tamamilə qadağan edilib.

Qeyd edək ki, ölüm hökmü cəzasının 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyasından çıxarılmasına baxmayaraq, bu regionun qanunlarında qalırdı.

Xatırladaq ki, bu gün Avropa İttifaqının heç bir ölkəsində ölüm cəzası tətbiq edilmir.