Almaniyanın 36 min əhalisi olan Limburq-an-der Lahn şəhərində göyərçinlərin öldürülməsi üçün referendum keçirilib və şəhər sakinlərinin 54%-i lehinə səs verib.
Yenicag.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Agentlik qərardan sitat gətirib: “Şəhərdəki 700 göyərçinin olduğu yerlərə təlim keçmiş qartallar buraxılacaq, qartallar onları tələyə salacaq və ən sonda onların başına taxtalar ilə vurulacaq, boyunları sındırılacaq”.
Sakinlər göyərçinlərin insanlarda ikrah hissi yaratdığını, əsəbləşdirdiyini və narahat olduğunu bildirərək, onların öldürülməsi üçün 8 aydır ki, təbliğat kampaniyası aparırdılar.
Şəhər şurası da bu qərarın insan hüquq və azadlıqları çərçivəsində olduğuna qərar verib.
Rafi Müslümov