Almaniya hüquq-mühafizə orqanları bu gün Berlində keçiriləcək marafon zamanı terror aktı törətməyi planlaşdıran 4 nəfəri saxlayıb.
Yenicag.az APA-ya istinadən verdiyi məlumata görə, həmin şübhəli şəxslər uzun müddət müşahidə altında olub.
Saxlanılanlardan biri 2016-cı il dekabrın 19-da Almaniya paytaxtında Yeni il yarmarkasında terror aktı törətmiş tunisli Anisa Amrinin yaxın tanışıdır.