“Qorxutmaqla Rusiya geri çəkilməyəcəksə, lokal da olsa, Avropanın hansısa hissəsində toqquşma baş verəcək”.
Bu fikirləri ABŞ-nin Almaniyada Moskvanı vura biləcək uzaqmənzilli raketlər yerləşdirməyi planlamasının yeni münaqişə ocaqlarının yaranmasına səbəb olma ehtimalından danışan politoloq Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, güc nümayişi ilə bir sıra hallarda ölkələr qarşı tərəfi çəkindirməyə çalışır.
“Bu qədər silah hazır vəziyyətə gətirilibsə, gec-tez partlayacaq. Həm Rusiya, həm də Avropa tərəfindən ortaya qoyulan böyük maliyyə əsaslandırılmalıdır. Yalnız həmin an hansısa real nəticə əldə etmək mümkün ola bilər”, – deyə politoloq bildirib.
Ətraflı videoda:
Nəsimi Ələsgərli
Samir Məcidov
Məsimə Məmmədova