Almaniyada yaşayan Xalq artisti Bakıda – Çimərlikdən FOTO

Məşhur caz ifaçısı və bəstəkar, Xalq artisti Əzizə Mustafazadə Bakıya təşrif buyurub.

Yenicag.az xəbər verir ki, sənətçi bu barədə “Instagram” səhifəsində paylaşım edib.

Məşhur cazmen Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadənin Azərbaycana gəlişinin səbəbi konsertlə əlaqəlidir.

Qeyd edək ki, sənətçi oktyabrın 30-da Bakı Konqres Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.

Caz ifaçısı Bakıya gələr-gəlməz dənizə üz tutduğunu bildirib. Pirşağı çimərliyində dincələn Əzizə fotosunu paylaşıb.

Xatırladaq ki, məşhur cazmen Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə ailəsi ilə birlikdə Almaniyada yaşayır.

Cəvahir