Almaniyada zəncirvari qəza – 50 maşın toqquşdu

Almaniyada zəncirvari qəza baş verib.

Yenicag.az xəbər verir ki, 50-dən çox maşının iştirakı ilə baş verən zəncirvari qəzada 25 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qəzaya səbəb yolun buz bağlaması və dolu düşməsi olduğu bildirilib.

Yaralıların xilas edilməsinə iki vertolyot cəlb olunub.