!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Almaniyadan 6, Polşadan 3 cavabsız qol

!Reklam – Yazi

DÇ-2018-in seçmə mərhələsinin UEFA zonası üzrə növbəti oyunlar keçirilib.

Yenicag.az xəbər verir ki, C, E və F qruplarında 8-ci turun görüşləri baş tutub. Azərbaycan yığmasının San Marinonu qəbul və darmadağın etdiyi gündə qrup lideri Almaniya Norveçi sınağa çəkibsə, Şimali İrlandiya Çexiya ilə üz-üzə gəlib. İtkisiz irəliləyən almanlar 6, ikinci pillədə qərarlaşan irlandlar isə 2 cavabsız qolla qalib gəliblər.

Digər qrupların oyunlarına gəlincə, Danimarka Ermənistanı darmadağın edibsə, Polşa Qazaxıstana divan tutub. Çernoqoriya da Rumıniyanı məğlub yola salıb.

İngiltərə Slovakiya, Şotlandiya da Malta üzərində qələbəyə sevinib. Sloveniya isə Litvanı 4 cavabsız qolla yenib.

DÇ-2018-in seçmə mərhələsi
4 sentyabr

C qrupu

Azərbaycan – San Marino 5:1
Qol: İsmayılov, 20, 57. Abdullayev, 25. Çevolli, 71-öz qapısına. Sadıqov, 81 – Palatsi, 74.

Almaniya – Norveç 6:0
Qol: Özil, 10. Draksler, 17. Verner, 21, 40. Qoretska, 50. Qomes, 79.

Şimali İrlandiya – Çexiya 2:0
Qol: Evans, 28. Brunt, 41.

E qrupu

Ermənistan – Danimarka 1:4
Qol: Koryan, 6 – Delaney, 16, 81, 90. Eriksen, 29.

Çernoqoriya – Rumıniya – 1:0
Qol: Yovetiç, 75.

Polşa – Qazaxıstan 3:0
Qol: Milik, 11. Qlik, 74. Levandovski, 86-pen.

F qrupu

İngiltərə – Slovakiya 2:1
Qol: Dayer, 37. Reşford, 59 – Lobotka, 3.

Şotlandiya – Malta – 2:0
Qol: Berra, 9. Qriffits, 49.

Sloveniya – Litva – 4:0
Qol: İliçiç, 25, 61. Verbiç, 82. Birsa, 90.

www.yenicag.az

3793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv