Reklam

Reklam

Almaniyanın Şimali Reyn Vestfalya vilayətinin daxili işlər naziri Ralf Jöger Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə nəzərdə tutulan referendum mitinqinə icazə verilməməsinə qarşı çıxıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyanın Şimali Reyn Vestfalya vilayətinin daxili işlər naziri Ralf Jöger ölkənin hər hansı bir şəhərində bu tip aksiyaların keçirilməsinin əleyhinə olduğunu bildirib:
“Federal hökumət Şimali Reyn və ya ölkənin digər ərazilərində belə mitinqlərin təşkilinə imkan yaratmamalıdır”. Bu barədə açıqlama verən nazir “Türkiyənin daxili siyasətindəki gərginliklərin Almaniyaya keçməsinə mane olmağın vacibliyi”ndən danışıb.

Nüfuzlu “Bild” qəzetinin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında Almaniyaya səfər edəcək. Qeyd olunur ki, Ərdoğan Strasburqa səfər zamanı yolüstü Almaniyanın Şimali Reyn Vestfalya vilayətinə də baş çəkəcək və orada adı hələ açıqlanmayan şəhərdə təşkil olunacaq referendum mitinqində iştirak edəcək.

Qeyd edək ki, Almaniyada Ərdoğanın iştirak edəcəyi mitinqə imkan verilməməsinə çağırışlar edildiyi halda, terrorçu PKK-nın ötən ilin yayıında Köln şəhərində mitinq keçirilməsinə həvəslə şərait yaradılmışdı. Bundan başqa, məhkəmə Ərdoğanın 2016-cı il iyulun 31-də Kölndə keçirilən “Demokratiya” mitinqinə videobağlantı ilə qoşulmasını da qadağan etmişdi.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."