Almaniya Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi ideyasını dəstəkləmir.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Deutsche Welle” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Almaniya hökuməti ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək və onlardan Ukraynaya kömək etmək üçün istifadə etmək planlarına ehtiyatla yanaşır.
Hökumət sözçüsü Şteffen Hebestreitin sözlərinə görə, onların mövqeyi dəyişməz olaraq qalır:
“Biz dondurulmuş aktivlərdən gələn gəlirdən danışırıq, aktivlərin özündən deyil”, – deyib.
Qeyd edək ki, mayın 24-25-də keçiriləcək G7 nazirlərinin görüşündə Rusiya aktivlərindən Ukraynaya kömək üçün istifadə məsələsi müzakirə olunacaq. Məlumata görə, ABŞ ondurulmuş Rusiya aktivlərindən geri qaytarılması şərti ilə Ukraynaya 50 milyard dollar kredit verməyi təklif edir.
Rafi Müslümov