Almaniya millisinin pleymeykeri Yustus Hollats Dünya Çempionatının kubokunu götürüb qaçmaq istəyib.
Yenicag.az xəbər verir ki, onun bu zarafatı jurnalistlər tərəfindən gülüşlə qarşılanıb.
Xatırladaq ki, sentyabrın 10-da Filippində baş tutan 2023-cü il FİBA Basketbol Dünya Çempionatının finalında Almaniya Serbiyaya qalib gələrək ilk dəfə dünya çempionu olub.