Almaniyanın konsulluğuna hücum – Səfir yaralandı

14788350674796424798_1000x669-1Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən Almaniya konsulluğunun ərazisində “Taliban” terrorçuları ilə atışma baş verib.

AzVision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat yayıb.

Onun sözlərinə görə, hücumun qarşısı alınıb, konsulluq əməkdaşları arasında zərərçəkən yoxdur.

Almaniya KİV-nin DPA-ya istinadla verdiyi məlumata görə, atışmada ən azı 4 nəfər ölüb, 119 nəfər yaralanıb.

Yaralılar arasında Əfqanıstanın Tacikstandakı səfirinin də olduğu deyilir.