Almaniyanın xarici işlər naziri Ukraynaya səfər etdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya səfər edib.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı bildirib.

Qeyd olunur ki, bu, nazirin Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra ikinci səfəridir.

A.Berbokun Kiyevdə ukraynalı həmkarı Dmitro Kuleba ilə danışıqlar aparacağı bildirilib.

Almaniyalı nazirin səfərinin digər detalları açıqlanmayıb./Trend/