Almaniya XİN rəhbəri Bakıya GƏLƏCƏK

Almaniyanın xarici işlər naziri Annalena Barbok noyabrın 3-də və 4-də müvafiq olaraq Ermənistan və Azərbaycana rəsmi səfər edəcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Berbok Azərbaycana səfəri çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramovla görüşəcək.

“Almaniya Federativ Respublikası regionda davamlı sülhün, siyasi və iqtisadi diversifikasiyanın tərəfdarıdır”, – deyə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb./unikal