Almaniyanın yeni prezidenti and içdi

Almaniyanın yeni prezidenti and içib.

Yeniçağ.az-ın məlumatına görə, yeni dövlət başçısı Frank-Valter Ştaynmayerin andiçmə mərasimi ilə əlaqədar Berlində Bundestaqla (parlament) Bundesratın (Federal Torpaqların Nümayəndələr Palatası) birgə iclası keçirilib.

Qeyd edək ki, Frank-Valter Ştaynmayer bu postda Yoaxim Qauku əvəz edib. Fevralın 12-də Almaniyanın xüsusi orqanı və prezidenti seçmək üçün yığışan Federal Məclisinin nümayəndələrinin böyük əksəriyyəti sabiq xarici işlər nazirinin namizədliyini dəstəkləyib. Ştaynmayer 1260 səsdən 931-i qazanıb.

Yeniçağ.az