Almaniyanın yeni səfiri Azərbaycana gəldi

Almaniyanın yeni səfiri Ralf Horlemann Azərbaycana gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bildirilib.

“Azərbaycanda səfir kimi vəzifəmə başlamaq çox xoşdur. Mən bu gözəl ölkəni kəşf etməyi və gələcək illərdə Almaniya-Azərbaycan əlaqələrini gücləndirməyi səbirsizliklə gözləyirəm”.