Almanlar azərbaycanlı qıza görə etirazlara başladı

143124_srcAlmaniyanın Noyköln vilayətində yerləşən orta məktəblərdən birinin 300-ə yaxın şagirdi 7 yaşlı azərbaycanlı qızın deportasiya edilməsi barədə qərara qarşı etiraz aksiyası keçirib.

AzVision.az alman KİV-nə istinadən xəbər verir ki, yüzlərlə məktəbli “Aylanın ailəsi qalmalıdır” şüarı yazılan plakatlarla mitinqə qatılıb.

Miqrasiya orqanlarının qərarına əsasən azərbaycanlı ailə martın 24-nə qədər Almaniyadan deportasiya olunmalıdır.

Aylanın ailəsi 16 il əvvəl Almaniyaya köçüb. Orada ailənin üç övladı olub. Lakin ailə oturum haqqında icazə ala bilmədiyindən, uşaqların sənədlərlə bağlı problemləri yaranıb.

Qeyd edək ki, 7 yaşlı Ayla məktəbin ən istedadlı şagirdlərindəndir və onun Almaniyada saxlanılması məktəb rəhbərliyi üçün siyasi məsələyə çevrilib. Artıq məktəbin direktoru qızın ailəsinə kömək edilməsi məqsədilə Almaniya kansleri Angela Merkelə müraciət edib.