!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almatıda nümayişçilərin gizli məzarları tapılıb

!Reklam – Yazi

Almatıda nümayişçilərin gizli məzarları tapılıb.

Yenicag.az Qazeta.ru-ya istinadən xəbər verir ki, Almatının hüquq-mühafizə orqanları iğtişaşlarda iştirak edən silahlıların məxfi dəfn olunduğu yerlər tapıb.

Bu barədə “İnterfaks” Agentliyi şəhər polis idarəsinin (DP) rəsmi nümayəndəsi Saltanat Azirbekə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu adamların şəxsiyyətini müəyyənləşdirməyi çətinləşdirmək üçün tələsik basdırılıb.

“Dəfn olunanların sayı və yerləri əməliyyat baxımından maraq doğurur. Bu baxımdan, onlar hələlik açıqlanmır”, – Azirbek vurğulayıb.

Bundan əvvəl Almatı Şəhər Polis İdarəsinin rəisi Kanat Taymerdenov iğtişaşlar zamanı şəhərdə morqlara yeddi hücumun həyata keçirildiyini, nəticədə 40-dan çox cəsədin oğurlandığını bildirmişdi.

“Ölüləri qoymadılar, yaralıları da özləri ilə apardılar”, – deyə Taymerdenov bildirib.

www.yenicag.az

391
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv