Almatıdan Bakıya daha bir reys dayandırıldı

Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı-Almatı istiqaməti üzrə yanvarın 9-na planlaşdırılan daha bir reysini ləğv edib.

Bu barədə Yenicag.az-a Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat verilib.

“Hazırda aviaşirkət növbəti (bu həftənin ikinci) reysini ləğv edib. Digər tarixlər üçün olan uçuşların ləğv edilməsi barədə məlumat dəqiqləşdirilir”, – deyə Aeroportdan bildiriblər.

Qeyd edək ki, Almatı-Bakı reysini həyata keçirən təyyarə Bakıda saat 20:50-də, saat 21:50-də əks istiqamətdə uçmalı idi.