Almaz Ələsgərli canlı yayımda yıxıldı – VİDEO

Almaz Ələsgərli “Space” TV-də canlı yayımlanan “Hər Səhər” proqramında yıxılıb.

Yenicag.az xəbər verir ki, “Space” TV-də canlı yayımlanan “Hər Səhər” proqramında Almaz Ələsgərli və Novruz Qartal qonaq olub. Verilişə ac qatıldığını söyləyən müğənniyə proqramın əməkdaşları səhər yeməyi hazırlayıb.

Studiyadan yeməklərin hazırlandığı pavilyona keçərkən  ayağı pilləkənə ilişən Almaz Ələsgərli müvazinətini saxlaya bilmədiyindən, yerə yıxılıb. Efirə bunun çox az hissəsi gedib. Əhvalını pozmayan müğənni ona göz dəydiyini söyləyib.

Sözügedən videogörüntünü sizə təqdim edirik: