Almeyda rəsmən “Qarabağ”da

Xəbər verdiyimiz kimi, “Qarabağ” sabiq futbolçusu Riçard Almeydanı yenidən heyətinə qatıb.

Yenicag.az-ın məlumatına görə, müqavilə ilə Qazaxıstanın “Astana” klubuna məxsus olan braziliyalı Ağdam təmsilçisində icarə əsasında çıxış edəcək.

Millimizin üzvü 1 il müddətində son Azərbaycan çempionunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Almeyda artıq “Qarabağ”ın Antalyadakı düşərgəsindədir.