Yenicag.az xəbər verir ki, polisin verdiyi məlumata görə, 77 yaşlı alman kişi və onun 63 yaşlı ispan qadın dostu dəniz səviyyəsindən 2870 metr yüksəklikdə, Alp dağlarının ərazisinə, Avstriya-İsveçrə sərhəddinə yürüş ediblər.
Zirvədə dostunun fotosunu çəkdikdən sonra müvazinətini itirən şəxs təxminən 60 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.
Ölən şəxsin cəsədi düşdüyü yerdən polis helikopteri tərəfindən çıxarılıb.