Alpinistlər 5 675 metr yüksəklikdən yıxılıb öldülər

Meksikanın ən yüksək dağı Piko de Orizabaya qalxan 4 alpinist yıxılaraq ölüb.

Yenicag.az xəbər verir ki, Puebla ştatının mülki müdafiə idarəsi 5675 metr yüksəklikdəki dağa qalxan alpinistlərin ölümü ilə bağlı açıqlama verib.

Ofis 4 nəfərin yıxılaraq həyatını itirdiyini bildirib. Piko de Orizaba dağına qalxmağa çalışan alpinistlər tez-tez qəzaların qurbanı olurlar./unikal.az/