Alt paltarında klip çəkdirən qırğız müğənniyə şok təhdid: “Başını üzəcəyik” – VİDEO

19 yaşlı qırğız müğənni yeni mahnısına çəkdirdiyi klipə görə ölümlə hədələnir.

Yenicag.az xəbər verir ki, gənc qırğız müğənni Zere Asılbek “qadınlara və qızlara hökm edilməsinin əleyhinə” olan mahnısına çəkdirdiyi klipdə seçdiyi obraza görə təhdidlərlə üzləşib.

Məlumata görə, Asılbek özünün “Qız” adlı mahnısına çəkdirdiyi klipdə müxtəlif obrazlardan istifadə edərək, alt paltarında, hicabda, bikinidə, adi geyimdə kamera önünə keçib.

Bununla belə, ilk treki iki ay əvvəl dövriyyəyə buraxılan bu klip Zere üçün əsil başağrısına səbəb olub. Sosial şəbəkələrdə Zerenin cəsarətli obraz seçimi kəskin tənqid olunur. Hətta bəzi istifadəçilər gənc qızı ölümlə hədələməkdən də çəkinməyiblər.

Ancaq Zereni dəstəkləyənlər də az deyil və onlar bu münasibətlərini nümayiş etdirmək üçün alt paltarında çəkdirdikləri fotoşəkillərini paylaşaraq, müğənni ilə həmrəy olduqlarını göstərirlər.

Lakin buna baxmayaraq, Zereni təhdid edənlərin qəzəbi soyumur. Onlar artıq müğənnini ölümlə hədələyərək, “başını üzəcəklərini” bildirirlər.

Qeyd olunur ki, “Qız” kompozisiyası Zerenin ilk mahnısıdır.

COP29