“Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşa etmək planları əslində ekosid siyasətinin daha bir təzahürüdür”.
Yenicag.az xəbər verir ki, bu barədə “Alternativ” Kommunikasiya və Tədqiqatlar İB –nin Bəyanatında qeyd olunur.
Təşkilat Ermənistanın bu təşəbbüsünə etiraz edərək Bəyanatla çıxış edib.
Bəyanatda deyilir: “Ermənistan dar kommersiya, biznes maraqları naminə bütün Cənubi Qafqaz bölgəsinin ekoloji təhlükəsizliyinə ciddi təhdid yaradacaq addım atmağa hazırlaşır. Bu təşəbbüs bölgəmizdə kövrək ekoloji tarazlığı gerodönməz şəkildə pozmaq, təbiətə nəticələri aradan qaldırıla bilməyəcək ziyan vurmaq potensialına malikdir. Ermənistanın “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın əleyhinə olaraq bu cür bütün regiona təsir göstərəcək layihəni Azərbaycanla razılaşdırmadan həyata keçirmək cəhdi ekolji cinayətdir”.
Təşkilat beynəlxalq təşkilatların da məsuliyyətinə diqqət çəkib.
Bəyanatda qeyd edilir ki, BMT və digər beynəlxalq təşkilatlar, ətraf mühit məsələləri ilə məşğul olan təşkilatlar öz missiyalarına sadiqlik göstərərək Ermənistanı cavabdeh saxlamlıdırlar. Onların passiv mövqeyi Ermənistanın bu cür ekologiyaya ziyan vuracaq addımlar atmasında vacib rol oynayır.