Türkiyənin Qadın Radiosu olan “Lady Radio”nun təşkilatçılığı ilə 6 ölkədən olan dövlət və hökumət nümayəndələri, QHT fəalları Türk Dünyası Qadın Platformunun (TÜRKAP) İstanbulda keçirilən I Forumunda bir araya gəldilər.
Yenicag.az xəbər verir ki, Türkiyədən Foruma Avcılar Bələdiyyəsinin Sədri Handan Toprak, Millət vəkilləri Jale Nur Süllü, Aylin Cesur, Qırgızıstan Millət vəkili Elvira Surabaldiyeva, azerbaycanlı parlamentarilər Jalə Əliyeva, Kamilə Əliyeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Şimali Kiprin Millət vəkili Jale Refik Rogers ve Qazaxistandan, Özbekistandan gələn 50-ə yaxın fəal qadın qatıldı.
Türkiyədə 6 ölkəni birləşdirən beynəlxalq qurumu azərbaycanlılar yaratdı!
Türk Dünyası Qadın Platformunun qurucuları İlhamə Novruzova ve Zaid Nəhmətov iştirakçıları salamladıqdan sonra, Ankara Klubu Qadın Qolları Başkanı Handan Kayakökünün təqdimatı ile üzv ölkənin aktual qadın mövzularına dair informasiya paylaşımı oldu. Çıxışçılar Platforumla bağlı gözləntilərini bildirdilər. Forumun davamında 6 ölke təmsilcisinden ibaret olan İdare Heyeti seçildi. Avcılar Belediye Başkanı Handan Toprak Türkiyə adından İH-nə qəbul edildi. 30 iştirakçı Qurucu Üzv, Millət vəkilləri isə Fəxri Üzv olarak, Niyyət Protokolunu imzaladılar.
Sonra KaDer Başkanı Nuray Karaoğlu və “Qadın Cinayətlerini Dayandıracağıq” Platformunun Baş Təmsilçisi Gülsüm Kavın moderatorluğu ile “Qadın Lobbiciliği” ve “Qadına Şiddət” panelləri başlandı. Ankara Barosunun ilk qadın Başkanı Sema Aksoy, Prof.Dr. Aygün Attar, Lady Radionun PR meneceri Ayşe Gönen, Lefkoşa Lions Klub Başkanı Anıl Meryem Bilir, Prof.Dr. Nodira Latipova, “Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova ve digərlərinin iştirakı ilə faydalı müzakirələr aparıldı.
TÜRKAPın bundan sonrakı hədəflərinə gəlincə, ortaq sosial-mədəni tədbirlərin təşkili, qadın dayanışmasının sərhədlərini genişləndirmək, türk dünyası qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq bağlarını daha da gücləndirməkdir. TÜRKAPın Qurucu Başkanı İlhamə Novruzovanın açıqlamasına görə, 5 dekabr 2018 – ci il tarixində Qadın Haqları günündə Türk dünyasının bütün ölkələrindən olan 200 qadının iştirakı ilə Genel Forum reallaşacaq və möhtəşəm mərasimdə “İlin Qadını” Mükafatları sahiblərini tapacaq.