Altı otaqlı ev yandı – Ağdaşda

Ağdaşda altı otaqlı ev yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Yuxarı Ləki kəndində ümumi sahəsi 280 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin dəhlizinin, mətbəxinin və 2 otağının tavanı 32 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​