Braziliyalı sosial media fenomeni Artur O Urso özəl həyatıyla bağlı ilginc açıqlamalar verib.
Yenicag.az xəbər verir ki, o 6 qadınla birdən evli olduğunu bildirib. 30 yaşındakı bloger sosial şəbəkə hesablarında da həyat yoldaşları ilə bağlı paylaşımlar edir.
Artur “DailyStar”a verdiyi müsahibədə 6 qadınla bir evdə yaşamağın çətinliklərindən danışıb:
“Bəzən görürəm ki, ağlayırlar. Böyük xaoslar yaşanır. İşin içindən necə çıxacağımı bilmirəm. Hətta hərdən elə olur ki, səbəbsiz bir-birləri ilə dalaşırlar. Sanki həyatda qalma mübarizəsi aparırıq”.
Onun bu qədər qadınla birdən evlənməsi sosial şəbəkələrdə kəskin tənqid edilir.
Qeyd edək ki, o, öncə 9 qadınla evlənib. Daha sonra isə üçündən boşanıb.