Altı yaşlı uşaqdan İNANILMAQ OĞURLUQ: Külli miqdarda pulu götürüb… – VİDEO

Rusiyanın Volqoqrad şəhərində qeyri-adi hadisə baş verib.

Yenicag.az NTV kanalına istinadən xəbər verir ki, polis əməkdaşı altı yaşlı uşağın cibindən 50 minlik əskinazlar görüb.

Sorğu-sual olunarkən öz adından başqa heç nə deyə bilməyən azyaşlı bölməyə aparılıb.

Məlum olub ki, o, qardaşı və bacısıyla birgə nənəsinin himayəsində yaşayır. Uşaq evin təmiri üçün yığılmış 275 min rublu ( 6297 AZN) götürərək oyuncaq almağa yollanıb.