!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Altıağac Milli Parkında yanğın davam edir

!Reklam – Yazi

Altıağac Milli Parkında yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun 60-ya yaxın əməkdaşı cəlb olunub.

Yenicag.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

H. Əlizadə deyib ki, dünən günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın Altıağac Milli Parkının ərazisinə keçib. Buna səbəb güclü külək olub. H. Əlizadə qeyd edib ki, yanğın biçənək sahəsinin yandırılması ilə başlayıb, yanğında şübhəli sayılan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq: “Yanğın çətin relyefli dağlıq ərazidə olduğu üçün əl əməyindən istifadə olunur. Qalxmaq mümkün olmayan sıldırım qayalıqlardakı yanğın isə Fövqəladə Hallar Nazirliyinin iki vertolyotu vasitəsilə söndürülür. Əməkdaşlarımızın köməyi ilə yanğın söndürülsə də, küləklə əlaqədar yanğın ocaqları tüstülənir. Onu da deyim ki, yanğın nəticəsində Altıağac Milli Parkında ağaclara az sayda ağac yanıb”.

Nazirliyin departament direktoru bir daha təbiət ərazilərində insanları odla ehtiyatlı olmağa, biçilmiş taxıl və biçənək sahələrini yandırmamağa çağırıb.

www.yenicag.az

2287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv