“Altın Kelebek” mükafatları gecəsi ləğv edildi – SƏBƏB/FOTO

Bu gün axşam saatlarında İstanbulda yerləşən “Zorlu Center Performans Sanatları Merkezi”ndə keçirilməsi gözlənilən 46-cı “Altın Kelebek” mükafatları gecəsi təxirə salınıb.

Yenicag.az xəbər verir ki, İdlibdə başvermiş hücum nəticəsində 33 Türkiyə hərbçisinin şəhid olması səbəbi ilə mərasimin təxirə salınması barəsində “Pantene”nin rəsmi saytında məlumat paylaşılıb.

Qeyd edək ki, “Azərbaycanın ən parlaq ulduzu” mükafatı uğrunda mübarizə aparan Xalq artisti Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva ötən gün İstanbula yola düşüblər.

COP29