Altıncı mərtəbədən yıxılan uşaq görün necə sağ qaldı! – FOTOLAR

Türkiyənin İstanbul şəhərində 6-cı mərtəbədən düşən uşaq möcüzə nəticəsində sağ qalıb.

Yenicag.az xəbər verir ki, Sultanqazi rayonunda iki yaşlı Səlim Qaragöz eyvandan yığılıb.

O, park vəziyyətində olan avtomobilin qabaq pəncərəsindən oturacağa düşüb.

Xəstəxanaya aparılan uşaq reanimasiyaya yerləşdirilib. Sonradan palataya köçürülən Qaragözün vəziyyətinin yaxşı olduğu bildirilir.