Rusiyada kafe sahibi 62 müştəri zəhərləndikdən sonra saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsi (İK) məlumat verib.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Dalnereçenskdə 60-dan çox insanın zəhərləndiyi “fast food” kafesinin sahibini saxlayıb.
Qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 1-ci hissəsi (“Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi”) ilə törədilmiş cinayətdə şübhəli bilinir.
Yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir görüləcək.
Kütləvi zəhərlənmə faktı fevralın 11-də məlum olub. İlkin məlumata görə, hər şey “nagets”lərə görə baş verib. Onların tərkibində, eləcə də souslarında salmonella aşkar edilib.
Hazırda zəhərlənən 62 nəfər haqqında məlumat var.
Xuraman Etibarlı