Alyaskada 7,4 maqnitudalı zəlzələ oldu

Alyaskada 7,4 maqnitudalı zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri minə yaxın insanın yaşadığı Sand-Point yaşayış məntəqəsindən 106 km cənubda yerləşib.

Yeraltı təkanın ocağı 9,3 km dərinlikdə olub.

Bölgədə sunami təhlükəsi elan olunub.